BolgeXeber.Com » Sosial » 18 yaşlı oğlu 54 yaşlı qonşusunu öldürdü

18 yaşlı oğlu 54 yaşlı qonşusunu öldürdü

16-08-2023, 14:48
Oxunub: 3 968
Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.

Bolgə.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.