BolgeXeber.Com » Sosial » "Xutor" tunelində qəza: tıxac yarandı

"Xutor" tunelində qəza: tıxac yarandı

25-08-2023, 10:18
Oxunub: 3 136
Bakıda Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.

Bolgə.TV xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.