Xırdalanda su xəbərdarlıq edilən vaxtdan tez kəsildi
25-08-2023, 12:07
Oxunub: 3 320
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacağı bildirilsə də, sakinlər suyun dünən səhər saat 11-dən kəsildiyi barədə şikayət ediblər.
Bolgə.TV açıqlamasında Azərsu Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə suyun dünən axşam saat 10-dan kəsildiyini bildirib.
Anar Cəbrayıllı qeyd edib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar yaranmış problem bu gün günorta saatlarında aradan qaldırılacaq və su təchizatı bərpa ediləcək.