Bakıda iki qəza: Tıxac yarandı
26-08-2023, 12:57
Oxunub: 3 432
Bakıda iki yol qəzası baş verib.
Bolgə.TV xəbər verir ki, birinci qəza aeroport şosesində qeydə alınıb.
Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Digər yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında olub.
Hazırda “ Koroğlu” metrostansiyası istiqamətində sıxlıq var.
Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.