BolgeXeber.Com » Sosial » Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin nəzərinə!

Bakı-Quba yolu ilə hərəkət edən sürücülərin nəzərinə!

29-08-2023, 11:30
Oxunub: 4 064
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparır.

Bolgə.TV xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.