Sabirabadda 3 otaqlı ev yandı
2-09-2023, 18:00
Oxunub: 5 496
Sabirabad şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.