Məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür - Nazir
6-09-2023, 17:04
Oxunub: 3 752
Bu il üçün məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür. Bu rəqəm 2020-ci ildə 36 şagirdə 1 kompüterin düşməsi demək idi.
Bolgə.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, növbəti 5 ildə isə 6 şagirdə 1 kompüterin düşməsi hədəflənir.