7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
7-09-2023, 09:25
Oxunub: 3 616
Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bolgə.TV Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.
12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.