Bakıda ər arvadını bıçaqladı
12-09-2023, 10:14
Oxunub: 3 136
Bakıda 29 yaşlı qadın bıçaqlanıb.
Bolgə.TV xəbər verir ki hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Bağırova bel nahiyəsindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Elşən Bağırov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.