BolgeXeber.Com » Sosial » Hacıqabulda 3 otaqlı ev yandı

Hacıqabulda 3 otaqlı ev yandı

13-09-2023, 10:34
Oxunub: 1 816
Hacıqabulda evdə yanğın olub, zərərçəkən var.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Rayonun Navahı qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində 20 m² sahədə yığılan yun və taxta tullantıları yanıb, yüksək temperaturdan zirzəminin tavanının taxta atmaları qarsalanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.