BolgeXeber.Com » Sosial » Bakıda ər arvadını boğaraq öldürdü

Bakıda ər arvadını boğaraq öldürdü

14-09-2023, 15:45
Oxunub: 2 056
Bu gün saat 14:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Xalidə Şirəli qızı Zülfüqarovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Bolgə.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Şahniyar Məhəmməd oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.