BolgeXeber.Com » Sosial » Xaçmazda 56 yaşlı kişi öldürüldü

Xaçmazda 56 yaşlı kişi öldürüldü

15-09-2023, 15:44
Oxunub: 2 248
Xaçmazda naməlum kişi meyiti aşkarlanıb.

Bolgə.TV xəbər verir ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.