Bölgədəki son vəziyyətlə bağlı daha bir brifinq keçirilir
20-09-2023, 17:18
Oxunub: 1 192
Bölgədəki son vəziyyətlə bağlı Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilir.
Bolgə.TV xəbər verir ki, brifinqdə diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin köməkçisi Fariz Rzayev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov məlumatlandırırlar.