BolgeXeber.Com » Sosial » "Cəbhədə qazandı indi növbə masadadır" - Dünya Yevlax görüşünü izləyir

"Cəbhədə qazandı indi növbə masadadır" - Dünya Yevlax görüşünü izləyir

21-09-2023, 12:26
Oxunub: 1 400
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Bolgə.TV xəbər verir ki, dünyanın bir sıra aparıcı agentlikləri və xəbər saytları da görüş barədə oxucuları ilə məlumat paylaşıb. Onların arasında “Röyters”, “Le Mond”, “Usnews”, “Politico”, “Dailytimes”, Rusiya, Pakistan və Türkiyə mediası da var. Türkiyənin demək olar ki, bütün aparıcı xəbər portalları görüş barədə detalları paylaşıb. Türk saytları “Cəbhədə qazandı indi növbə masadadır” manşetini önə çıxarıb.

Qeyd edək ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.