BolgeXeber.Com » Sosial » Lənkəran sakini faciəvi şəkildə öldü

Lənkəran sakini faciəvi şəkildə öldü

27-09-2023, 17:44
Oxunub: 1 880
Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, rayonun Nərimanabad qəsəbəsində 1988-ci il təvəllüdlü Elvin Taryel oğlu Əliyevin ehtiyatsız davranışı nəticəsində su çəni onun üstünə aşıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda vəfat edib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.