BolgeXeber.Com » Sosial » Bu qəsəbədə qaz olmayacaq

Bu qəsəbədə qaz olmayacaq

4-10-2023, 09:34
Oxunub: 1 984
Bu gün “Mehdiabad” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 4 oktyabr tarixində saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.