BolgeXeber.Com » Sosial » Süd vəzi xərçənginin əlamətləri nədir?

Süd vəzi xərçənginin əlamətləri nədir?

10-10-2023, 16:00
Oxunub: 1 872
Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır.

Bolgə.TV xəbər verir ki, Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanın sözlərinə görə, mütəmadi olaraq özünü müayinə etməklə yenitörəməni vaxtında aşkar etmək olar.

Onkoloq bildirib ki, süd vəzisində adətən ağrı və ümumən özünü büruzə verməyən bərkimə varsa, artıq xərçəngdən şübhələnmək olar. Belə olduğu zaman təcili müayinə olunmaq lazımdır.

Həkim qadınlara  özünə diqqət göstərməyi, qeyri-adi şişlərə və ya dəyişikliklərə həssas yanaşmağı, nə isə bir fərqlilik hiss olunduqda dərhal həkimə baş çəkməyi tövsiyə edib.