BolgeXeber.Com » Sosial » Tovuzda ər arvadını bıçaqladı

Tovuzda ər arvadını bıçaqladı

21-10-2023, 10:57
Oxunub: 1 944
Tovuzda bıçaqlanma hadisəsi olub.

Bolgə.TV xəbər verir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı - 2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevaya xəsarətlər yetirib.

Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.