"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi
26-10-2023, 09:37
Oxunub: 3 888
Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi də əvvəlki adətindən əl çəkə bilib.
Bolgə.TV xəbər verir ki, qurumun 25 oktyabr tarixli bülletenində "Dağlıq Qarabağ" ifadəsinə yol verilməyib. Əvəzində bu ərazi olduğu kimi - "Azərbaycanın Qarabağ iqtisadi rayonu" deyə qeyd olunub.
Bundan əlavə, indiyə qədər işlətdiyi "Stepanakert" sözünün yerinə şəhərin əsl adı - Xankəndi yazılıb.
Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndinin adını belə, düzgün ifadə edə bilmirdi. Cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi sözügedən ərazinin adının doğru yazılmasını tələb edən bəyanatla çıxış edirdi.
Xatırladaq ki, iki gün öncə Tehranda baş tutan "3+3" görüşü haqda danışan Lavrov da dilindən düşməyən "Dağlıq Qarabağ" əvəzinə "Qarabağ" deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər