Azərbaycanlı sürücülərin Polşaya KÜTLƏVİ AXINI
27-10-2023, 13:55
Oxunub: 4 216
"Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur".
Bolgə.TV bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu proses 3 ildir davam edir:
"Yüksək maaş yüzlərlə sürücünü cəlb edir və onlar ölkədən kütləvi şəkildə gedirlər. Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar. Burada 800 manat ala bilənlər, orada 3000 manatdan çox qazanırlar. Bu baxımdan hazırda ölkəmizdə avtobus sürücüsü tapmaq çox çətindir. Bu şirkət birini işdən qovan kimi o biri şirkət işə götürür. Peşəkar avtobus sürücüsü yetişdirmək üçün "AYNA" tərəfindən elan verildi ki, 1000 sürücü hazırlansın, yetişdirilsin və peşəkar xidmət göstərsinlər. Həmin elana görə cəmi 10 nəfər müraciət edib".
Ekspert bildirib ki, hökumət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır:
"Əks halda, qeyri-peşəkar sürücülər avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik. Hər gün davalar, qəzalar, yolda yarışmalar və s. müşahidə edəcəyik".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər