Nəqliyyat Nazirliyindən taksi açıqlaması
1-07-2011, 16:55
Oxunub: 7 857

Haqqında şayiələr qoşulan taksilərin daha 900-ü ilin sonuna kimi Azərbaycana gətiriləcək
Azərbaycana gətirilən yeni taksilər haqqında hər gün məlumatlar, şayiələr yayılmaqda davam edirBolgexeber.com-un məlumatına görə, yeni taksilər haqqında yayılan informasiyalardan daha biri onların geri qaytarılacağı ilə bağlıdır. Bildirilir ki, artıq bir neçə həftə əvvəl xəttə buraxılan taksilərdən 2-nin mühərrikində nasazlıq yaranıb və təmirə dayandırılıb. London istehsalı olduğu bildirilən bu avtomobillərin “kitayiski” çıxması, qiymətinin reallıqdan 5 dəfə şişirdildiyi də deyilir. Bütün bu suallara Nəqliyyat Nazirliyi aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov “Qafqazinfo”ya açıqlamasında deyib ki, şayiə xarakterli məlumatları aranı qarışdırmaq üçün yayırlar: “Bilmirəm bu yalan informasiyanı kim yayır? Amma rəsmi olaraq deyirəm ki, belə bir şey ola bilməz. Bu taksilər İngiltərə texnologiyası ilə hazırlanıb və keyfiyyəti yüksək səviyyəlidir. Bu dezinformasiyanı yayanlar böyük səhv edirlər. Heç bir geri qaytarılmadan və nasazlıqdan söhbət gedə bilməz”.
N. Həsənov ilin sonuna kimi daha 900 taksinin Azərbaycana gətiriləcəyini söyləyib: “Yaxın iki aya bu proses baş verəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər