BolgeXeber.Com » Sosial » Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı

Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı

20-02-2024, 16:01
Oxunub: 1 800
Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.

Bolgə.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb:

"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".