BolgeXeber.Com » Sosial » Ürək damar xəstəliyi üçün nə etmək lazımdır?

Ürək damar xəstəliyi üçün nə etmək lazımdır?

19-03-2024, 08:27
Oxunub: 1 408
Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Kardioloq Mərd Palabıyık ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün bir günlük nümunəvi qidalanma rejimini izah edib.

Bolgə.TV Medicina.az-a istinadən həkimin bir günlük qida menyusunu təqdim edir:
Səhər yeməyi: çay, 1-2 dilim az yağlı pendir, 2-3 ədəd az duzlu zeytun, 1 çay qaşığı mürəbbə və ya bal, salat (pomidor, xiyar, rukkola, zeytun yağından ibarət), 1 dilim çovdar çörəyi.
Qəlyanaltı: 1 porsiya mövsümi meyvə.
Nahar: quru lobya yeməyi və ya yağsız ət (toyuq, balıq, qaynadılmış ət (60-90 q), makaron və ya bulqur plovu (1 porsiya), salat (yağsız).
Qəlyanaltı: bir ovuc çərəz.
Şam yeməyi: şorba, ət və tərəvəz yeməyi, 1 kasa qatıq, salat, 1 dilim çovdar çörəyi.
Qəlyanaltılar: meyvə, 1 stəkan az yağlı süd