BolgeXeber.Com » Sosial » Whatsapp istifadəçilərinin NƏZƏRİNƏ

Whatsapp istifadəçilərinin NƏZƏRİNƏ

30-03-2024, 09:35
Oxunub: 1 120
“WhatsApp” gələn aydan etibarən bəzi istifadəçiləri bloklaya bilər.

Bolgə.TV xəbər verir ki, mesencerin tərtibatçıları aprelin 11-dək razılaşdırılmalı olan xidmət şərtlərini yeniləyiblər və həmin şərtlərlə razılaşmayan istifadəçilərin hesablarının bloklanacağı bildirilib.
Belə ki, “WhatsApp”dan istifadəyə dair tövsiyə və prinsiplərin işini təsvir edən bölmələr yenilənib. Yeni qaydalar Avropa regionunun sakinlərinə şamil edilir.
Bu qaydalar köhnə “WhatsApp” istifadəçiləri üçün aprelin 11-dən, yeni qeydiyyatdan keçənlər üçün isə mesencerdə profil yaradıldığı gündən qüvvəyə minəcək.
Qeyd edək ki, həmin tarixdən etibarən “WhatsApp” mesencer istifadəçiləri üçün minimum yaş tələblərini də dəyişərək 16 yaşdan 13 yaşa endirəcək