BolgeXeber.Com » Sosial » Bu əlamətlər hansı vitamin çatışmazlığına işarədir?

Bu əlamətlər hansı vitamin çatışmazlığına işarədir?

4-04-2024, 08:59
Oxunub: 1 328
Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.

Bolgə.TV xəbər verir ki, əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.
- Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması - B1, B12 vitamini çatışmazlığı;
- Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi - B6 vitamini çatışmazlığı;
- Qan azlığı - Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı;
- Saç və dırnaq problemləri - H vitamini (biotin) və B7 vitamini çatışmazlığı;
- Görmə problemləri - A vitamini çatışmazlığı;
- Sümük ağrıları - D vitamini çatışmazlığı;
Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.