BolgeXeber.Com » Sosial » Burun dolğusunun hansı fəsadları var?

Burun dolğusunun hansı fəsadları var?

25-04-2024, 15:08
Oxunub: 1 008
Son zamanlar estetik əməliyyatlarla üzündə və bədənində dəyişiklik edənlərin sayı artıb. Bunların arasında ən geniş yayılanı isə burun əməliyyatıdır. Estetik əməliyyat ömürlük olsa da, buruna dolğu etdirmək müvəqqətidir. Bəs burun dolğusu hansı hallarda fəsadlara yol aça bilər?

Bolgə.TV xəbər verir ki, kosmetoloq Şahnaz Səmədova qeyri-peşəkar kosmetoloqun yanlış etdiyi dolğunun burun çürüməsinə gətirib çıxardığını deyib.
O bu barədə "Günə doğru" verilişinə danışıb:
"Prosedur peşəkar kosmetoloq tərəfindən icra olunmazsa, düzgün nahiyə və düzgün preparat seçilməszə fəsadlar yaranır. Bunlardan biri "neqrofproses"dir ki, bunun nəticəsində dəri nəfəs almır və burun çürüyür. Lakin vaxtında problem həll edilsə, dolğu əridilsə, qarşısnı almaq mümkündür".
Dermotoloq İbrahim Rzayev isə bildirib ki, burun dikləşdirmə üçün istifadə edilən fillerlər dəriyə xeyli ziyan vurur. Hətta bu korluğa belə gətirib çıxarır.