BolgeXeber.Com » Sosial » Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır

Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır

27-04-2024, 09:28
Oxunub: 1 000
Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.

Bolgə.TV xəbər verir ki, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.
Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev Xezerxeber.az-a bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:
“Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.
Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır