BolgeXeber.Com » Sosial » Bu çay stresi tamamilə məhv edir

Bu çay stresi tamamilə məhv edir

8-05-2024, 08:49
Oxunub: 888
Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

- Berqamotun xoş qoxusu bədəndə aromaterapiya effekti yaradaraq stressi azaltmağa kömək edir;
- Çay şəklində istehlak edildikdə əsəbilik və gərginlik kimi mənfi emosional halları aradan qaldırır;
- Polifenollarla zəngin olduğu üçün antioksidant xüsusiyyətlərə malikdir;
- Orqanizmi toksinlərdən təmizləyir;
- İmmunitet sistemini dəstəkləyir;
- Ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri var. Damar tıxanmasının qarşısını alır;
- Güclü antioksidant təsiri ilə pis xolesterin səviyyəsini aşağı saldığı bilinir;
- Çay şəklində istehlak edildikdə, arıqlama prosesinə kömək edir;
- Tərkibində az miqdarda kofein olduğu üçün enerji verir;
- Dəri sağlamlığına faydalıdır. Antioksidant təsiri ilə bədəndən zərərli maddələri çıxararaq yaşlanma əleyhinə effekt verir;
- Həzm sistemini tənzimləyərək həzmsizlik və qəbizlik problemlərinə yaxşı təsir edir;
- Berqamot yağı hamam suyuna əlavə edildikdə qızdırmasalıcı təsir göstərir;
- Antiseptik xüsusiyyətləri sayəsində ağız yaralarının sağalmasına və ağız qoxusunun yox olmasına kömək edir;
- Masaj yağı olaraq istifadə edildikdə rahatlama təmin edir və stressdən yaranan ağrıları aradan qaldırır;
- Berqamot ürəyi qoruyur və qan təzyiqini tarazlaşdırır