Prezidentə müraciət :"Məni vətəndaşlıqdan azad edin"
2-12-2013, 12:05
Oxunub: 5 717
Yevlax sakini prezidentə belə müraciət yolladı: "Məni vətəndaşlıqdan azad edin"
Yevlaxın Malbinəsi kəndində qeydiyyatda olan Yeni Azərbaycan Partiyasının üzvü Muxtarov Vüqar Vahid oğlu prezident İlham Əliyevə müraciət edib.Bolgexeber.com-a göndərdiyi şikayət məktubunda Vüqar Muxtarov yazır ki, sabiq həyat yoldaşı və qayınatası ilə məhkəmə çəkişmələrində hüququ pozulub: “Birgə nikah dövründə qazandığımız əmlakın (2 otaqlı mənzil, 18792 manat bank əmanəti, mənzilimizdə olan 9000 manat pul vəsaiti, 6444 manat dəyərində qızıl-zinət əşyaları, elektrik, məişət, mebel avadanlıqları) qanunsuz yollarla ələ keçirilməsindən məhkəməyə şikayət etməyimə baxmayaraq 22 iyun 2012-ci ildən küçədə qalmışam.
Bir neçə dəfə dövlətimə arxalanaraq, qanunların aliliyinə güvənərək Sizdən tapdalanmış hüquqlarımın bərpa olunmasını, mənzilimdə yaşamağımın təmin edilməsini, zorakılıq edərək hüquqlarımı pozmuş və birgə nikah dövründə qazandığımız əmlakı qanunsuz yollarla ələ keçirmiş Yaşar Abdullayev Səməd oğlunun və qızı Elmira Muxtarovanın (Abdullayeva), məhkəmə hakimlərinin qeyri-qanuni hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etsəm də, heç bir tədbir görülməyib.
Azərbaycan dövləti qanunsuzluq edərək məni zorakılıqla mənzilimdən çıxarır, birgə nikah dövründə qazandığımız əmlakımdan məhrum edir. Qanunsuzluğun hökm sürdüyü vətənimdə yaşamaq artıq mümkün deyil. Mən də insanam, bu vəziyyətdə çöldə yaşayası deyiləm. Məni vətəndaşlıqdan azad edin”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər