BolgeXeber.Com » Sosial » DİQQƏT- Bu rayonlarda su olmayacaq

DİQQƏT- Bu rayonlarda su olmayacaq

17-06-2024, 14:46
Oxunub: 3 376
Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

Bu barədə Azərsu ASC-dən bildirilib.
Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.