BolgeXeber.Com » Sosial » Bütün sosial ödənişlər yekunlaşdı

Bütün sosial ödənişlər yekunlaşdı

28-08-2024, 10:57
Oxunub: 2 672
Dövlət Sosial Müdafiə Fondu avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün tam ödəyib.
 
Bu barəd fonddan məlumat verilib.
 
Qeyd olunub ki, bundan əvvəl - avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.
 
Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.