Yaşl müəllimlərə xoş xəbər
22-07-2011, 17:50
Oxunub: 7 679
Təhsil naziri Misir Mərdanov “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərin icrası haqında əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin Mərkəzi Aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısını hazırlanaraq rəhbərliyə təqdim ediləcək.
Nəzərdə tutulmuş meyarlar nəzərə alınmaqla yerli təhsili idarəetmə orqanlarının təklifləri əsasında 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflər hazırlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırıq verilib ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla 65 və ondan yuxarı yaş həddində olan dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflərini hazırlayıb 10 gün ərzində nazirliyə təqdim etsinlər. Sonrakı mərhələlərdə onlar 65 yaş həddinə çatmış, habelə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin təkrar uzadılması ilə bağlı təkliflərini 1 ay əvvəldən hazırlayıb nazirliyə təqdim edəcəklər.(apa)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər