BolgeXeber.Com » Sosial » Azərbaycanda minimum pensiya artırılır

Azərbaycanda minimum pensiya artırılır

18-11-2024, 12:27
Oxunub: 1 632
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

Bolgə.TV xəbər verir ki, bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.