Türkiyənin tanınmış dietoloqu Canan Karatay səhər yeməyində çörəkdən imtinanın sağlamlıq üçün faydalarını açıqlayıb.
Çörək asılılıq yaradır
Canan Karatay müasir dövrdə istehlak olunan çörəklərin keçmişdəki təbii çörəklərlə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Çörəyin beyində morfin reseptorlarını oyandıraraq müvəqqəti xoşbəxtlik hissi yaratdığını və bu səbəbdən bağımlılıq yaratdığını bildirib:
"Çörək bədəni aldadır, insulinin səviyyəsini artırır və tez aclıq hissi yaradır."
Çörək yerinə nə yeyilməlidir?
Karatay səhər yeməyi üçün çörək əvəzinə təbii məhsulları tövsiyə edir:
O, bu məhsulların uzun müddət toxluq hissi yaratdığını və sağlam qidalanmaya töhfə verdiyini bildirib. Həmçinin, şəkərsiz türk qəhvəsi və ya çay içməyi tövsiyə edib.
Karatayın bu tövsiyələri qış aylarında sağlam və balanslı qidalanmaq istəyənlər üçün əhəmiyyətli mesajdır.
Azərbaycan Respublikası, Bakı şəhəri
(+99470) 600 50 01
(+99450) 229 29 20
(+994 70) 734 50 00