Rabitə Nazirliyidən çanaq anten açıqlaması
13-01-2014, 11:55
Oxunub: 5 942
Yanvarın 1-dən etibarən ölkə ərazisində rəqəmsal yayıma keçilməsi ilə test üçün efirə verilən xarici telekanalların da yayımı artıq dayandırıldı. Xarici kanalları yalnız kabel və sifarişli paketi əldə etməklə izləmək imkanın yaradılması haqqında məlumatlar insanlarda çanaq antenalarının tezliklə ləğv edilməsi haqqında fikirlərin formalaşmasına da səbəb olub. Qeyd edilir ki, artıq yaxın vaxtlarda çanaq antenaları da yığışdırılacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitə İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov açıqlamasında bu informasiyanı yalanlayıb.
“İnsanlarımız çanaq antenalarından istifadəyə davam edəcəklər. Çanaq antenaları ilə telekanallara baxmaq o istifadəçilərin hüququdir. Və həmin antenaların yığışdırılması ilə bağlı qərar da yoxdur”.
Xarici telekanalların Azərbaycanda yayılmasının hökumətlərarası iki tərəfli müqavilələr əsasında həyata keçirildiyini deyən Ə. Şərifov bildirib ki, bu gün Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında imzalanan müqavilə əsasında AzTV Türkiyədə, “TRT 1” isə Azərbaycan ərazisində açıq yayımlanır.
“Azərbaycan hökuməti tərəfindən Rusiya ilə müqavilə imzalamaq təklifini irəli sürülüb, amma onlar bundan imtina ediblər. Ümumiyyətlə, Azərbaycanda hansı televiziya kanallarının yayılması Milli Teleradio Şurası tərəfindən tənzimlənir. Onların göstərişi əsasında ikinci paket rəqəmli paket gedirdi. O paketin bağlanmasına görə qərarı onlar verib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər