Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
23-04-2025, 11:11
Oxunub: 632
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat veriləcək.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.