Catel fəaliyyətini bərpa edir
2-08-2011, 20:05
Oxunub: 7 751
Şirkət “Azərfon”un idarəçiliyinə verilib
Bir müddətdir ki, CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində yaranan problem hələ də aradan qaldırılmayıb. Aprelin əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb. Rabitə sektorundakı etibarlı mənbədən “Yeni Müsavat”a daxil olan məlumata görə, CATEL artıq “Azərfon”un idarəçiliyinə verilib. Məlumatda o da bildirilir ki, CATEL şirkətinin 417 və 418 telefon nömrələri avqust ayının sonunda “Narmobile” tərəfindən istifadəyə qoşulacaq.
Bildirək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da CATEL-in Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə biləcəyini demişdi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, CATEL-in indiyədək 20 minə yaxın abunəçinin nömrəsi işlək vəziyyətə gətirilib: “Bu işdə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin xidmətlərindən istifadə olunub. Digər “CATEL” abunəçiləri üçün də mobil rabitə xidməti bərpa etmək üçün “CATEL” rəhbərliyi ilə müzakirələr aparılır. Ancaq dəqiq bilmirik ki, problem nə vaxt aradan qaldırılacaq. Texnikin problemin tamamilə aradan qaldırılması yaxın günlərdə gözlənilir”.
Abunəçilərə kompensasiya ödənilməsi məsələsinə gəldikdə isə, o, bu məsələyə baxılacağını da söylədi.
Qeyd edək ki, mətbuatda CATEL-in siyasi səbəblərə görə bağlanması barədə yazılsa da, şirkətdən bunu təkzib edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər