Azərbaycanda bu tarixdə rekord sayda nigah olub
27-05-2025, 11:53
Oxunub: 1 048
Mayın 25-də - yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb.
Bolgə.tv xəbər verir ki, bu barədə Modern.az Ədliyyə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib.
Qeyd edək ki, bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb.
Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb.
Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən “uğurlu”, eyni zamanda “yadda qalan” gün kimi qiymətləndirilir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər