BolgeXeber.Com » Sosial » Ordumuza məxsus yük maşını aşdı

Ordumuza məxsus yük maşını aşdı

2-06-2025, 16:40
Oxunub: 432 İyunun 2-də Bərdə rayonu Qaraməmmədli kəndi yaxınlığından keçən yolda Azərbaycan Ordusuna məxsus "Kamaz" markalı avtomobil aşıb.
Bolgə.tv xəbər verir ki, bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hadisə "Mersedes" markalı avtomobilin hərbi kolona daxil olması nəticəsində baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.