BolgeXeber.Com » Sosial » Bakıda işləyənlərin NƏZƏRİNƏ

Bakıda işləyənlərin NƏZƏRİNƏ

9-06-2025, 10:43
Oxunub: 656
Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9,1 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 1 083,8 manat təşkil edib