Daha bir rayonda yasda ehsan verilməyi qadağan edildi
20-06-2025, 11:22
Oxunub: 304
Biləsuvar rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlərində ehsan verilməsi ləğv edilib.
Bolgə.tv xəbər verir ki, bu barədə Oxu.az-a rayon sakinləri məlumat veriblər.
Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub.
Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda tətbiq olunub.