İstirahət mərkəzində faciə baş verib
Dünən, 10:42
Oxunub: 272
Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
Bolgə tv lent.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində qeydə alınıb.
Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.