BolgeXeber.Com » Sosial » Küləkli hava nə vaxta kimi davam edəcək?

Küləkli hava nə vaxta kimi davam edəcək?

Dünən, 13:55
Oxunub: 256
Ölkə ərazisində müşahidə olunun qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.
Bolgə tv xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir:
"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında da küləkli hava şəraitinin iyulun 6-si axşamadək davam edəcəyi gözlənilir"