"Real" "Bavariya"ya gücünü göstərdi
24-04-2014, 05:45
Oxunub: 5 480
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub
Günün yeganə qarşılaşması İspaniya paytaxtı Madriddə baş tutub. Turnirin ən titullu klubu “Real” öz meydanında Almaniya “Bavariya”sını qəbul edib. Ötən mövsümün qalibi olan Münhen təmsilçisi bu dəfəki duelə "Real"la köhnə hesabları olan Xosep Qvardiola ilə çıxıb. “Barselona”nın baş məşqçisi kimi madridlilərlə dəfələrlə “El Klassiko”ya çıxan mütəxəssis ilk dəfə başqa klubun çalışdırıcısı kimi bu həyəcanı yaşayıb. Oyun "Bavariya"nın ərazi üstünlüyü şəraitində keçib. Amma oyunda ilk və yeganə qolu əks-hücumdan yararlanan "Real" vurub. Kərim Benzemanın 19-cü dəqiqədə vurduğu qol Münhendə keçiriləcək cavab görüşü ərəfəsində madridlilərə qələbə qazandırıb - 1:0
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər