BolgeXeber.Com » İdman » Rusiya - Cənubi Koreya matçında bərabərlik : 1-1 (VİDEO)

Rusiya - Cənubi Koreya matçında bərabərlik : 1-1 (VİDEO)

18-06-2014, 08:35
Oxunub: 3 629 Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında qrup mərhələsində I turun turun ikinci görüşü baş tutub

Ötən seçmə mərhələdə rəqibimiz olmuş şimal qonşularımız Cənubi Koreya ilə üz-üzə gəlib. Tərəflər tarixləri ərzində cəmi 1 dəfə üz-üzə gəlib ki, həmin matçda da Fabio Kapellonun yetirmələri Uzaq Şərq təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

Argentinalı Nestor Pitananın hakimliyi ilə keçirilən oyunun ilk hissəsi tərəflərin qolsuz bərabərliyi ilə başa çatıb. İkinci hissədə də gərgin mübarizə şəraiti müşahidə olunub. Oyunun 68-ci dəqiqəsində rus qapıçı Akinfeyevin buraxdığı səhv komandası üçün yaxşı olmayıb və koreyalılar hesabı açıblar. Çox keçməyib ki, oyunun 74-cü dəqiqəsində Aleksandr Kerjakov hesaba tarazlıq gətirib.

Oyunun əsas hissəsinə əlavə olunan 4 dəqiqədə də hesab açılmayıb və matç bu nəticə ilə başa çatıb - 1:1.