Portuqaliya millisi rəzalətdən son saniyələrdə xilas oldu-VİDEO
23-06-2014, 08:15
Oxunub: 6 083
Futbol üzrə dünya çempionatında Portuqaliya və ABŞ milliləri arasında qarşılaşma heç-heçə bitib
Oyun son saniyələrdə vurulan qolla 2:2 hesabı ilə yekunlaşıb.Portuqaliya millisi erkən qolla sevinib. Hesabı qarşılaşmanın 5-ci dəqiqəsində yarımmüdafiəçi Nani açıb.Birinci hissə portuqaliyalıların bir topluq üstünlüyü ilə başa çatıb.
Oyunun ikinci dəqiqəsi xeyli həyəcəanlı keçib. 63-cü dəqiqədə ABŞ millisinin yarımmüdafiəçisi Cermeyn Cons uzaqdan zərbə ilə hesabı bərabərləşdirib.
79-cu dəqiqədə isə Şimali Amerika təmsilçiləri hesabda irəli çıxıblar. Bu dəfə Klint Dempsi fərqlənib.
Hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə edib. 95-ci dəqiqədə Silvestr Varela Kriştianu Ronaldunun gözəl ötürməsindən sonra Portuqaliya millisini biabırçılıqdan qurtarıb - 2:2.
Qoldan dərhal sonra hakim qarşılaşmanı bitirib.
Xatırladaq ki, birinci turda ABŞ millisi Qana yığmasını məğlub edib, portuqaliyalılar isə Almaniya millisinə böyük hesabla məğlub olublar. Hazırda Almaniya və ABŞ yığmalarının 4, Qana və Portuqaliya millilərinin isə 1 xalı var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər