Braziliya millisini penaltilərlə qalib gəldi (VİDEO)
29-06-2014, 01:30
Oxunub: 6 398
Braziliyanın futbol millisi dünya çempoinatının 1/8 final mərhələsində Çili yığmasını məğlub etdi
Belu-Orizonti şəhərinin "Maneyrao" stadionunda keçirilən qarşılaşma turnirin ev sahiblərinin oyundan sonrakı penaltilər seriyasındakı 3:2 hesablı qələbəsi ilə başa çatdı. Oyunun əsas vaxtı və əlavə hissələrdə 1:1 hesablı heç-heçə qeydə alındı.
Qarşılaşmada hesabı Braziliya millisinin müdafiəçisi David Luis 18-ci dəqiqədə açdı.
32-ci dəqiqədə Çili millisinin hücumçusu Aleksis Sançes hesaba bərabərlik gətirdi - 1:1.
Oyunun ikinci hissəsində və 15 dəqiqəlik iki əlavə hissədə qapılara qol vurulmadı. İkinci əlavə hissənin son dəqiqəsində Çili millisi qələbə qolunu vura bilərdi. Amma Maurusio Pinilyanın zərbəsindən sonra top qapının üst dirəyinə dəydi.
Oyundan sonrakı penaltilər seriyasına Çili yığması pis başladı. Maurusio Pinilyanın zərbəsini qapıçı qaytardı. Braziliya yığmasından David Luis, Marselo və Neymarın, Çili millisindən isə Çarlez Arangis və Marselo Diasın zərbələri dəqiq oldu. Çili yığmasının futbolçusu Qonsalo Haranın qaçırdığı penalti qarşılaşmanın taleyini həll elədi:
Beləliklə, Braziliya millisi çətinliklə də olsa turnirin növbəti mərhələsinə vəsiqə qazandı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər