Bu gün DÇ-2014: 1/4 final mərhələsi başlayır
4-07-2014, 16:25
Oxunub: 5 413
DÇ-2014-ün 1/4 final mərhələsinə bu gün start veriləcək
İlk oyunda Fransa-Almaniya milliləri qarşılaşacaq.
Qeyd edək ki, Argentinalı Nestor Pitananın hakimliyi ilə keçiriləcək oyunda yarımfinalın ilk komandası bəlli olacaq.
Onu da bildirək ki, bu komandalar arasında indiyədək 6 oyun keçirilib. İki dəfə Almaniya, iki dəfə isə Fransa millisi meydandan qalib ayrılıb. İki oyun isə heç-heçə bitib.
Məşhur “Marakana” stadionunda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.
Braziliya-Kolumbiya
Gecənin ikinci qarşılaşması əzəli rəqiblər olan iki Cənubi Amerika qitəsinin millisi, Braziliya və Kolumbiya yığmaları arasında olacaq.
Maraqlısı budur ki, bu komandalar arasında indiyədək keçirilən beş oyundan dördü heç-heçə bitib. Yalnız bir oyunda Braziliya yığması qalib gələ bilib. Oyunu Karlos Velasko Karballonun başçılığı ilə ispan hakim heyəti idarə edəcək.
“Estadiyo Kastelao” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə 01:00-da start veriləcək.
Xatırladaq ki, 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək. Əvvəlcə Argentina - Belçika, daha sonra Hollandiya-Kosta-Rika oyunları keçiriləcək.
- See more at: http://axar.az/news/22945#sthash.aWNKsYzN.dpuf
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər