BolgeXeber.Com » İdman » Almaniya Braziliyanı darmadağın etdi: 7-1 (VİDEO)

Almaniya Braziliyanı darmadağın etdi: 7-1 (VİDEO)

9-07-2014, 09:00
Oxunub: 4 673 Almaniyanın futbol millisi dünya çempionatının ilk yarımfinalında Braziliya yığmasını darmadağın etdi

Belu-Orizontidəki «Mineyrao» stadionunda keçirilən qarşılaşma almanların 7:1 hesablı qələbəsi ilə başa çatdı.
Almaniya millisi birinci hissədə 5, ikinci hissədə isə 2 qol vurdu.
Darmadağına 11-ci dəqniqədə Almaniya millisinin yarımmüdafiəçisi Tomas Müller başladı.
Bundan 12 dəqiqə sonra Miroslav Kloze fərqləndi.
Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos iki dəqiqədə dubla imza atdı.
Braziliyalıların qapısından beşinci qolu Sami Kedira keçirdi.
İkinci hissədə meydana çıxan yarımmüdafiəçi Andre Şürrle 69-cu dəqiqədə hesabı 6:0-a çatdırdı.
Bundan 10 dəqiqə sonra Şürrle özünün ikinсi, komandasının yeddinci qolunu vurdu.
Braziliyalıların gücü yalnız təsəlli qoluna çatdı. Oyunun sonunda Oskar fərqləndi.
Beləliklə, Almaniya millisi finala darmadağınla çıxdı. Finalda almanların rəqibi Hollandiya-Argentina qarşılaşmasının qalibi olacaq.
Vurulan yeddi qol sayəsində almanlar bir neçə statistik rekorda imza atdılar. Almaniya millisinin dünya birinciliklərində vurduğu qolların sayı 223-ə çatdı. Bundan əvvəl rekord 221 qol vuran Braziliya yığmasına məxsus idi. Bundan başqa, almanlar dünya çempionatları yarımfinallarının tarixində ən böyük hesablı qələbəyə imza atdılar. Miroslav Kloze isə dünya çempionatlarında 16-cı qolunu vurdu və 15 qol vuran Kriştianu Ronaldunu qabaqladı.