"Qarabağ"a texniki məğlubiyyət veriləcək-RÜSVAYÇILIQ
11-08-2014, 09:00
Oxunub: 5 708
Topaz Premyer Liqasının I turundakı biabırçılıq yalnız "Bakı"nın mövsümün ilk oyununa hazır olmamasıyla yekunlaşmayıb
Bu gün keçirilən "Sumqayıt" - "Qarabağ" oyununda da böyük bir rüsvayçılıq yaşanıb.
Belə ki, "Qarabağ"ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzinə meydana daxil olub. Halbuki həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzinə buraxa bilərdi. Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozlulub. O, məşqçilər korpusunun səhlənkarlığı ucbatından hətta sonadək meydanda olub (futbolinfo.az).
Qeyd edək ki, buna görə "Qarabağ"a texniki məğlubiyyət veriləcək. Halbuki çempion son səfər oyununda 3:0 hesabıyla qalbi gəlmişdi.
Onu da xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni elita klubları eyni vaxtda 6 legioner+5 yerli futbolçu oynada bilərlər.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də faktı təsdiqləyib. O, bildirib ki, limiti pozduğuna görə “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər